Gündəm, Cəmiyyət, Sosial
05 yanvar 2022
1228
Prezident İlham Əliyev elmə, təhsilə diqqət və qayğı göstərir
Azərbaycan təhsili güclü maddi-texniki bazaya, kadr potensialına malikdir. Bu sahələrdə əldə olunmuş nailiyyətlər dünyanın sivil ölkələri ilə müqayisə olunmağa layiqdir. Artıq Azərbaycan təhsili dünya standartlarına uyğundur, ölkəmiz getdikcə Avropa təhsilinə daha sürətlə inteqrasiya olunur. Ötüb keçən yüzillikdə Azərbaycan xalqı sözün həm hərfi, həm də məcazi mənasında işığa, nurlu bir aləmə çıxmışdır. Bu gün Azərbaycan təhsili, mədəniyyəti dünya sivilizasiyasına tam cavab verən səviyyədədir.
Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir. Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və bu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, I Vitse-Prezident Mehriban xanım Əliyeva daima təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarla təhsil müəssisəsi təmir edilib, tikilib istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Ölkə rəhbərliyi təhsilin inkişafına dair yeni qanunlar imzalayır. Bu yeniliklər də ondan ibarətdir ki, müəllimlər işlərini yenidən qururlar. Təhsilimizin işıqlandırılması üçün yazılan məqalələrin və dərsliklərin, tərtib olunan proqramların müasir tələblərə cavab verməsi istiqamətində çox böyük işlər görülür. Ona görə də, hesab edirəm ki, ölkə təhsili uğurlu bir yoldadır. Prezident İlham Əliyev, mütamadi olaraq, istər təhsil, istərsə də elmlə bağlı qərarlar verir. İlk öncə, onu qeyd etməliyəm ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb.
2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının başçılığı ilə “Dəmir Yumruq” əks-hücum əməliyyatı başlandı və 30 il həsrətində olduğumuz torpaqlarımız igid-qəhrəman vətən övladlarımızın canı-qanı bahasına geri qaytarıldı. Vətənpərvər oğullarımız ölümün gözünə dik baxaraq yağı düşməni torpaqlarımızdan qovdu. Bu da o deməkdir təhsillə bərabər müəllimlərimiz gələciyimiz olan şagirdlərimizi-gənclərimizi vətənpərvər ruhda böyüməsində müstəsna rolu vardır.
Mətanət Pirquliyeva
Mətanət Pirquliyeva Sumqayıt Dövlət
Texniki Kollecinin direktoru
Daha çox xəbər:
Vüqar Əhmədov: Daxili siyasət sahəsində Mehriban xanım Əliyevanın əsas fəal ...
Gündəm, SiyasətTəhsilin inkişaf strategiyası
Gündəm, Cəmiyyət, Sosialİlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışını etdi
Gündəm, SiyasətYeni Təhsil nazirinin uşaqlığı, təhsil aldığı məktəb və ailəsi — VİDEO
Ölkə, VideoTəhsil naziri təyin olundu — Emin Əmrullayev kimdir?
Ölkə