Gündəm, Dünya, Cəmiyyət, Ölkə
12 yanvar 2022
1332
Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir.
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir.
Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl toy-bayrama çevrilir. Baxmayaraq ki, iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur, dövlət başçılarının səfərləri zamanı yenə də müxtəlif sənədlər imzalanır. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.
Türkiyə Prezidenti Recep Tayyib Erdoganın Azərbaycana bu dəfəki rəsmi səfəri də hər iki xalq üçün böyük bayrama çevrildi. Bu səfər xüsusi əhəmiyyət daşıyırdı. Hər şeydən əvvəl ona görə ki, iki dost-qardaş dövlət arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanacağı gözlənilirdi. Bu müqavilənin imzalanması beynəlxalq aləmdə diqqət mərkəzində idi. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi bu müqavilənin imzalanmasından ciddi narahatlıq hissi keçirirdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyib Erdogan "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"ni imzaladılar. Bu müqavilənin imzalanması Türkiyə və Azıərbaycanın "bir millət, iki dövlət" olmasını bir daha təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyev də qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq dedi: "Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir".
Söz yox ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və bütün sahələri əhatə edir. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə beynəlxalq aləmdə bir daha təsdiqlədi ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir
Qardaş ölkə Prezidenti Türkiyə ilə Azərbaycanın bütün sahələr üzrə daim bir yerdə olacağını xüsusi vurğulayaraq qeyd etdi ki, hər sahədə - siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sayəsində iki ölkə böyük bir həmrəylik içərisindədir. Beynəlxalq platformalarda, daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir.
Qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.
Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Türkiyənin öz səylərini əsirgəməyəcəyini bildirən qardaş ölkə Prezidenti dedi: "Türkiyə bu istqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaqdır. Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də burdan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm".
Azərbaycan həmişə yüksək qiymətləndirdiyi beynəlxalq əməkdaşlıq ənənələrinə bundan sonra da sadiq qalacaqdır. Hazırda dünyanın üzləşdiyi böyük problemlərdən biri Avropanı etibarlı enerji mənbələri ilə təmin etməkdən ibarətdir. Azərbaycan sülh və dostluğa söykənən davranış qaydalarına, qəbul edilmiş ümumi tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq bu sahədə öz imkanlarından maksimum səmərəli istifadə etmək əzmindədir.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Yaşasın bütüb dünya Türkləri!
Fateh bey
“Can Lojistik”
Daha çox xəbər:
İlham Əliyev Ərdoğanı təbrik etdi
Gündəm, SiyasətTürkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qərarda nə yazıl ...
Cəmiyyətİlham Əliyev: "Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik"
Gündəm, SiyasətAzərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
SiyasətAzərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
Gündəm, Siyasət