Gündəm, Dünya
03 iyun 2020
1173
Avropadan Ermənistana ŞOK — QADAĞAN EDİLDİ
Ermənistan aviaşirkətlərinə Avropa İttifaqı (Aİ) ərazisinə uçuşlar etmək qadağan edilib.
Trend verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi saytında deyilir.
İyunun 2-si Avropa Komissiyası Aİ-nin təhlükəsiz uçuşlar siyahısını, beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadığına görə Avropa İttifaqında fəaliyyəti qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin siyahısını yeniləyib. Ermənistanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər ölkənin təhlükəsizliyin təmin edilməsi üzrə imkanları qiymətləndirildikdən sonra siyahıya əlavə edilib.
Bildirilir ki, siyahıya "Aircompany Armenia", "Armenia Airways", "Armenian Helicopters", "Atlantis Armenian Airlines", "Atlantis European Airways", "Mars Avia" və "Skyball" əlavə edilib.
Məlumata əsasən, Avropa İttifaqı ərazisinə ümumilikdə müxtəlif ölkələrin 96 aviaşirkəti üçün uçuşlar qadağan edilib.
Daha çox xəbər:
İtaliyada koronavirusdan ən az ölüm halı qeydə alınıb
DünyaMaska taxılması tələb olunan yerlərin — SİYAHISI
GündəmRayonlara getmək istəyənlərin DİQQƏTİNƏ — VİDEO
CəmiyyətHəmid Həsənov: Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birin ...
Gündəm, CəmiyyətSaleh Məmmədov: Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurları ...
Gündəm, Cəmiyyət