Gündəm, Cəmiyyət
20 iyun 2020
1212

Rüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların problemlərni aradan qaldırılmasında kömək edir

Rüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların problemlərni aradan qaldırılmasında kömək edir


Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz sürətli inkişaf dinamikası ilə irəliləyərək öz potensial gücünü artırmış, dünyanın inkişaf etmiş, güclü dövlətləri sırasına daxil olmuşdur. Ölkəmiz təkcə iqtisadi gücünü deyil, siyasi və hərbi gücünü də xeyli artırmışdır. Ölkədə bütün sahələrin inkişafına yönələn siyasi xətt, əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə köklənmişdir. Ümummilli lider Heydər Əliyev gələcəyimiz təminaçısı olan gənclərimizi düşünərək onların müharibənin yaratdığı çətin vəziyyətdə yaşamamaları üçün Dağlıq Qarabağ məsələsinin həllində sülh yolunu seçmişdir. Bu gün Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyev də ölkəmizin əsas problemli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Ermənistan və onun havadarlarına öz mövqeyini açıq və sərt şəkildə bəyan etməkdədir.
Prezident İlham Əliyev 2020-ci ilin iyunun 3-də Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışı zamanı bildirmişdir ki, “Ermənistanın keçirdiyi saxta prezident və parlament seçkiləri bir şoudur. Bir çox təşkilatlar bu seçkiləri qınasa da Avropa Şurası bu məsələyə münasibət bildirmədi, susdu. Çünki Avropa Şurasının əsas hədəflərindən biri məhz Azərbaycanı ləkələməkdən ibarətdir.”
Əlbəttə ki, özlərini dünaynın ən humanist, hüquqi dövləti hesab edən bəzi Avropa dövlətlərində dövlət-vətəndaş, polis-vətəndaş münasibətlərinə baxdıqda zorakılıq, anarxiya müşahidə olunur. Özlərini Avropa nümunəsi kimi dünyaya tanıtmağa çalışan dövlətlər əslində hüquqi, siyasi cəhətdən ölkəmizlə müqayisə olunmayacaq səviyyədədilər.
Amerika kimi bir ölkədə insanlar arasında irqi ayrı-seçkiliyin qoyulması, qaradərililərə qarşı polisin vəhşicəsinə rəftarı bir dövlətin iqtisadi və siyasi gücünün nə qədər güclü olmasından asılı olmayaraq o dövlətin təməlinin hər zaman zəif olduğunu göstərir.
Ölkəmizdə xalqın mənafeyinin hər şeydən üstün tutulması, ölkə prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın vətəndaşlarla səmimi münasibəti dövlət-vətəndaş münasibətindəki həmrəyliyin bir nümunəsidir. Xalq da hər zaman öz liderinə inam və etimad nümayiş etdirir.Ümummilli liderin söylədiyi kimi “Ölkəmizdə xalq dövlət üçün yox,dövlət xalq üçün çalışır.”
Dövlətimizin güclənməsi, hərbi, siyasi, iqtisadi gücünün artması, heç bir dövlətin boyunduruğunu qəbul etməməsi əlbəttə ki, Avropa Şurasını, bəzi anti-Azərbaycan qüvvələrini narahat etməkdədir. Ölkəmizin sülh, davamlı və dayanıqlı inkişaf şəraitində yaşaması, son 10 il ərzində dünyanın mötəbər beynəlxaq yarışlarına, oyunlarına, festivallarına ev sahibliyi etməsi bütün dünaynın diqqətini ölkəmizə yönəltmişdir.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərinin keçirilməsi , bu zirvə görüşlərinin pandemiyaya həsr olunması dünya miqyasında, türk xalqları tarixində bir ilk oldu. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökümət başçıları və xarici işlər nazirlərinin iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Tarix boyu ölkəmiz istər müstəqilliyinin qazanılmasında, istər ərazi bütövlüyün qorunmasında böyük sınaqlardan keçmişdir. Ölkəmizin gücünün artması, türk dövlətlərinin daim həmrəy olması istər dünən, istər bu gün bəzi dövlətləri qorxutmaqdadır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, heç bir qüvvə ölkəmizin nüfuzunu sarsıda bilməz. Çünki dövlərimiz Ulu öndər ideologiyası və onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir.


Rüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların problemlərni aradan qaldırılmasında kömək edir


Hacıqabullular prezidentə minnətdarlıq edirlər

Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Hacıqabul rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın sədri, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qərargah üzvləri ilə birlikdə mütəmadi olaraq əhali arasında maarifləndirmə tədbirləri həyata keçirir. Hacıqabul rayonunda gündəlik dezinfeksiya işləri davam edir. Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə, ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.Pandemiya dövrü başlayandan rayon ərazisində olan bütün yaşayış məntəqələri, eləcə də küçə və meydanlar, park və xiyabanlar, ticarət və xidmət obyektləri, çoxmənzilli binaların giriş hissələri,xəstəxanalar,təhsil ocaqları,xəstəxanalar,idarə və təşkilatlar , müəssisələr və digər yerlər təkrar-təkrara dəfələrlə dezinfeksiya edilmişdir.

Tədbirlər müntəzəm olaraq davam etdirilir.
Hacıqabullular diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və vurğulayırlar ki, Hacıqabul rayon icra Hakimiyyəti başçısı Rüstəm Xəlilov karantin rejiminin olmasına baxmayaraq daima iş başındadır və onların problemləri ilə maraqlanır. Hacıqabul sakinləri bütün dövlət qurumlarınınn fəaliyyətindən razılıqlarını qeyd edirlər. Son zamanlar Hacıqabulda çox böyük işlər görülüb.
Rüstəm Xəlilov İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan gündən Hacıqabul rayonunda abadlıq quruculuq işləri sürətlə aparılır, kənd yollarının yenidən qurulur, asfalt yollar çəkilir, ağaclar əkilir. Hacıqabulda pandemiya dövrü başlayandan koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq keçirilir, əhalinin koronavirusdan qorunması üçün də təxirəsalınmaz tədbirlər görülür. Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargah, demək olar ki, bu sahədə başlanan maarifləndirmə işlərini daim davam etdirir. Rayon rəhbərliyi başda icra başçısı Rüstəm Xəlilov olmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl etməklə əhalinin sağlamlığının qorunması istiqamətində çoxsaylı işlər görür. Rüstəm Xəlilov mütəmadi olaraq əhali arasında maarifləndirmə işlərində iştirak edir. Hacıqabul Rayon İcra Hakimiyyəti (İRİH) karantin dövründə dəfələrlə ,gəlir yerlərindən müvəqqəti məhrum olmuş, aztəminatlı, imkansız, ailələrə, həmçinin əlil və ahıl insanlara ərzaq yardımı aksiyası təşkil edib.

İcra başçısı daima sakinlərin yanında olur, əhali arasında maarifləndirmə işləri aparır və karantin dövründə sakinlərə öz tövsiyyələrini verir. Rüstəm Xəlilov hər zaman vətəndaşlarla mütəmadi olaraq görüşür və onların problemlərni aradan qaldırlmasında kömək edir, Şəhid ailələrinə hər zaman diqqət və qayğısın əsirgəmiyən başçı onlarla tez-tez görüşlər keçirdir. Sakinləri qəbul edən başçı onların problemlərini dərhal aradan qaldırlmasına kömək edir bu da onu subut edir ki, ölkə başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırığları vaxtı vaxtında həyata keçirən Rüstəm Xəlilov məmur kimi ona göstərilən etmadı doğruldur.

Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı kimi gördüyü təqdirəlayiq işlər, rayonda aparılan uğurlu islahatlar ölkə rəhbərliyi tərəfindən yetərincə qiymətləndirilir. Çünki hacıqabulluların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Rüstəm Xəlilov bir-bir yerinə yetirməkdədir. Bunun üçün rayon sakinlərilə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun. Aydın şəkildə görünür ki, Rüstəm Xəlilov icra başçısı postuna təyin olunduğu gündən başlayaraq tikinti-abadlıq, quruculuq işlərində yeniliklərə imza atdı. Bu gün rayon camaatı da təsdiqləyər ki, Rüstəm Xəlilovun Hacıqabula gəlişindən sonra adıçəkilən rayon əsraəngiz gözəlliyilə həm yerli sakinləri, həm də qonaqları valeh etməyə başlayıb. Təbii ki, bu, Hacıqabul Rayon İcra Hakimiyyətinin başcısının rayona və onun sakinlərinə göstərdiyi qayğının bariz nümunəsi kimi qiymətləndirilməlidir. Rayon rəhbərliyinin, konkret olaraq Hacıqabul rayon icra başçısı Rüstəm Xəlilovun ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Hacıqabulda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub. Məhz elə buna görə də ölkəmizin sosial-iqtisadi sferasında əldə olunan uğurlar Hacıqabul rayonunda da özünü əks etdirib və müsbət tendensiyalara doğru addımlayıb. Şübhəsiz, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan respublikamızın bütün regionlarında olduğu kimi, Hacıqabul rayonuna da əhəmiyyətli pay düşüb. Hacıqabullular Rüstəm Xəlilov başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər.

Xülasə, bu gün Hacıqabulda aparılan quruculuq işlərinə və bütövlükdə rayonun mənzərəsinə, coğrafiyasına göz yetirdikdə yeniliklər dərhal diqqəti çəkir, görülən işlərin əhəmiyyəti və səmərəliliyi hər kəsdə müsbət fikirlər yaradır. Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, Hacıqabul rayon Rüstəm Xəlilovun rəhbərliyi altında bu gün uğurlu iqtisadi inkişaf, mədəni yüksəliş dövrünü yaşamaqdadır.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli