Gündəm, Bölgə
03 mart 2021
1007

ANONS! Ağdam Dövlət Sosial İqtisadi Kollecinin təhsil bərbad vəziyyətdədir - Cənab Preizdentin nəzərinə

ANONS! Ağdam Dövlət Sosial İqtisadi Kollecinin təhsil bərbad vəziyyətdədir - Cənab Preizdentin nəzərinə


Bu barədə redaksiyamıza kollecdə təhsil alan tələbələrdən biri məlumat verib. Adının gizli qalmasını xahiş edən tələbənin verdiyi məlumatda bildirilir ki, kollecin direktoru Natiq Cavadov təhsil müəssisəsini tamamilə acınacaqlı vəziyyətə salıb. Tələbənin sözlərinə görə, kollecdə yaradılan şəraitdən narazı deyillər, amma direktorun qanuna sığmayan əməlləri onları təhsildən soyudub: "İnsaf naminə qeyd etmək istəyirəm ki, kollecdə dövlət tərəfindən hər cür şərait yaradılıb. İbtidai təhsil, incəsənət və rəsmxətt, nəqliyyatda daşınmaların və idarəetmənin təşkili, maliyyə və vergi hüququ ixtisasları üzrə təhsil alan tələbələrin əksəriyyəti direktorun işindən narazıdır. Çünki o, işini düzgün şəkildə təşkil edə bilmir. Ağdam Dövlət Sosial-İqtisad Kollecinə daxil olmamışdan öncə bu təhsil ocağı haqda tamam başqa təsəvvürdə idim. Amma kollecdə təhsil almağa başlayandan sonra yanıldığımı gördüm. Köhnə direktorun vaxtında da problemlər var idi. Natiq Cavadov direktor təyin olunandan bu yana həmin problemlərin heç biri həll edilməyib. Kollecdə keyfiyyətli təhsil sistemindən əlamət belə yoxdur. Direktor bütün tələbələrdən nəsə umur. Kollecdə pis oxuyanla yaxşı oxuyana fərq qoyulmur. Hər iki kateqoriyanın nümayəndələrindən istər imtahanlarda, istərsə də digər məsələlərin həllində pul yığılır.

Daha ətraflı gələn sayımızda.

Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli