Gündəm, Cəmiyyət, Ölkə, Sosial
12 yanvar 2022
1313

Dövlətçiliyin və asayişin etibarlı keşiyində

Dövlətçiliyin və asayişin etibarlı keşiyində

Tarix sübut edir ki, insanlar müasir anlamda demokratik azadlıqlardan məhrum yaşaya bilərlər və uzun min illər boyu yaşayıblar da. Amma insan oğlu tarixin heç bir anında ədalət, asayiş və təhlükəsizlik ortamından kənarda var ola bilməyib, bundan sonra da olmayacaq. İlk polis təşkilatlarının da dövlətlərin yaranma tarixi ilə eyni zamanda qurulması məhz bu ehtiyacdan irəli gəlir.
Azərbaycan polisinin yaranma tarixi insanlığın var oluşu qədər qədimdir.
Müasir dünyamıza nəzər salsaq görərik ki, bu gün bir sıra dövlətlər yüz illər boyu mövcud olsalar da hələ ki polis orqanlarının ordu birliyinə çevrilmə prosesini tamamlamayıb və ordusuz yaşayırlar. Bu fakt polisin dövlət quruculuğunda nə qədər mühüm rol oynadığının ən bariz nümunəsidir.
Azərbaycan polisinin yarandığı gündən son zamanlaradək yürütdüyü başlıca xidmətlərdən biri də ərazi bütövlüyümüzün qorunması olub. Qəhrəman polislərimiz o zaman da erməni separatizminə qarşı ağır mübarizələr aparır və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda minlərlə şəhid verirdi. Daha sonra Sovet Rusiyasının işğalı ilə ləğv olunan polis orqanlarımızın yerində milis qurumları yaradıldı və 70 il ərzində ölkəmizin taleyi yeni adlı asayiş keşikçilərinə tapşırıldı.
Müstəqiliyimizin ilk illərində və ondan əvvəl SSRİ-nin dağılma prosesində yenə Azərbaycan polisinin üzərinə həm də ordu funksiyası düşmüşdü. Birinci Qarabağ savaşında Rusiyanın erməniləri dəstəkləməsi nəticəsində məğlubiyyətə uğrasaq da, düşmənə ən ağır zərbə vuranlardan biri də Azərbaycan polisi olmuşdu. Qəhrəman polislərimizin şücaəti sayəsində Azərbaycan düşmənə ağır zərbələr endirir və bu sahədə yenicə yaradılan ordu mənsublarımızdan az iş görmürdü. Azərbaycanın müdafiəsi naminə qurbana çevrilən ilk şəhidlər məhz polislər olub. Bu qəhrəmanlar şəhid olduğu zaman Azərbaycanda hələ Milli ordu yaranmamışdı. Azərbaycan polisi II Qarabağ döyüşlərində də misilsiz xidmətləri ilə yadda qaldı. Onlardan bəziləri ordu sıralarında döyüşlərdə iştirak etməklə yanaşı, ön cəbhədən heç də az əhəmiyyət daşımayan daxili sabitliyin qorunmasında sayıqlıqlarını bir an olsun itirmədi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 44 günlük müharibə dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantlığı vəzifəsini daxili işlər naziri Vilayət Eyvazova tapşırdı. Bu, cənab nazirə göstərilən ən böyük etimaddır.
Cənab Prezidentimizin polis orqanlarına bəslədiyi bu etimad yeni də deyil. O, hələ 2013-cü ildə Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərək asayiş keşikçilərimizə nə qədər böyük qiymət verdiyini bu sözlərlə dilə gətirmişdi:
“Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.
Bu gün ictimaiyyət nümayəndəsi kimi mən də asayişimizin və ölkəmizin keşiyində dayanan, dünyanın bəlkə də ən ağır sınaqlarından üzü ağ çıxan polislərimizə dərin məhəbbətimi bildirirəm.

Qara Abdullayev
DİN Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi

PS: Biz də KİV nümayəndəsi olaraq daim asayiş keşiyində duran polislərimizə yorulmaz iş fəaliyyətində uğur, qalibiyyət və zəfər diləyirik.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli