Gündəm, Cəmiyyət, Ölkə, Bölgə
01 mart 2022
1316

“Gədəbəy MKTB-də “korrupsiya halları”-ŞOK FAKTLAR

“Gədəbəy MKTB-də “korrupsiya halları”-ŞOK FAKTLAR
Son bir neçə gündür ki, Gədəbəy rayonu ərazisində baş verən bəzi hoqqalar haqda lazımi məlumatları əldə etdikdə bəlli olur ki, sən demə bu rayonun bir çox idarə, müəssisə və təşkilatlarında və s. “it yiyəsini tanımır”. Baxmayaraq ki, bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev vəzifə sahibi olan hər bir şəxsə lazımi tapşırıqlıarını verir, digər tərəfdə isə, həmin şəxslər öz bildikləri ilə məşğul olurlar. Məsələn, cənab Prezident dəfələrlə vurğulayıb ki, rəhbər vəzifə sahibi olanlar sosial problemlərlə üz-üzə qalan şəxslərə, ələlxüsus veteranlara, qazilərə, şəhid ailələrinə, həmçinin digər imtiyaz sahibi olanlara diqqət və qayğı göstərməli, həmin şəxslərə məxsus problemlərin həllinə də çalışmalıdırlar. O halda sual oluna bilər ki, görəsən nə baş verir ki, Gədəbəy rayonu ərazisində yaşananlar hər cür “əndazəni aşır”, sakinlərin haqlı narazılıqları “pik nöqtə”yə çatır. Səndemə bu rayonun ərazisində baş qaldıran bir çox narazılıqların “baiskar”larından biri də, hazırda Gədəbəy rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəni icra edən Əkbər Kazımovdur. Belə ki, redaksiyamıza daxil olan müəyyən məlumatlara görə, bu şəxs Birlikdə adı gedən, özü isə Bakıda və yaxud xaricdə yaşayan vətəndaşların maaş kartlarını özünün seyfində və evində saxlayaraq məvacibləri mənimsəyərək dövlətə ciddi zərbə vurmaqla yanaşı qanun pozuntusuna əməl edir. Görəsən müvafiq qürumlar Əkbər müəllim haqqında niyə tədbir görmürlər? Əkbər müəllimin “Daydayı”sı kimdi ki, bunun bu qanunsuz əməllərinə göz yumurlar. Hətta əldə etdiyimiz məlumatlara əsasən, güya təmir-bərpa işləri həyata keçirtdirir və olmazın maxinasiyalara imza atmaqdan da “ləzzət alır”, dövlət büdcəsinə xaincəsinə zərər vurur.
Qısaca arayış vermək istəyirik, növbəti dostluq və qohumluq münasibətilə vəzifəyə gələn Əkbər Kazımovdur. İbrahim Mustafayev icra başçısı təyin olunanda Ə. Kazımovu Bakıdan özü ilə gətirmişdi. Hədəf icra hakimiyyətində birinci müavin işləyən Qüdrət Paşayevi işdən azad edərək həmin posta Ə. Kazımovu təyin etmək idi. İlk addım uğurlu oldu. Paşayevin pensiya yaşı çatdığından işdən azad edildi. Lakin Ə. Kazımovun dövlət qulluğu stajı olmadığına görə,o, birinci müavin təyin edilmədi. Belə halda İ. Mustafayev Əkbər Kazımovu Kommunal Müəssisələri Kombinatı (JEK) müdiri təyin etdi. Əkbər Kazımovun nəzarətində olan DOST MMC-nin onlarla işçilərinin kartı öz sahiblərində deyil. Bu yaxınlarda isə DTX-nın məlum addımlarından sonra bank kartları sahiblərinə icra nümayəndələri vasitəsilə qaytarılır. Həmin işçilərdən mənimsənilən pullar hesabına Əkbər Kazımov Gədəbəy rayon Poladlı kəndində özünə villa tikdirməyə başlayıb.

Daha ətraflı məlumat almaq üçün bizi izləyin...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xeberim.info
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli