Gündəm, Cəmiyyət, Ölkə, Sosial
07 mart 2022
1019

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edirəm

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edirəm
Əziz xanımlar!
Sizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə qadınlara seçmək və seçilmək hüququ verməsi cəmiyyətimizdə qadınlara xüsusi hörmət və ehtiramın mövcudluğunu nümayiş etdirmişdir.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırdılar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir.
Siyasət, tibb, təhsil ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.
Bayramınızı bir daha təbrik edirəm, əziz xanımlar!

Musa Abbasov
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edirəm
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli