Gündəm, Cəmiyyət, Ölkə
08 iyul 2022
1186

Bakı Şəhər Narkoloji Dispanserində açıq bazar alveri?...-İDDİA

Bakı Şəhər Narkoloji Dispanserində açıq bazar alveri?...-İDDİA
Redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata əsasən Bakı Şəhər Narkoloji Dispanserinə müraciət edən vətəndaşlara, xəstələrə və yaxud heç xəstə olmayan ora üz tutan şəxslərdən pul müqabilində resept yazılır. Həm də bu reseptlərdə yazılan dərmanlar psixotrop (yəni apteklərdə açıq satışı qadağan olunmuş dərmanlar) tərkibli pereparatlardı. Belə çıxır ki, narkomaniyaya qarşı bütün dünya mübarizə apardığı bir vaxtda, lakin Narkoloji Dispanserin həkimləri buna münbit şərait yaradırlar. Açıq şəkildə vətəndaşları uçuruma sürükləyib həyatlarını məhv edirlər. Araşdırmalar aparmaq məqsədi ilə saytımızın rəhbəri operatorla bir yerdə Bakı Şəhər Narkoloji Dispanserinə üz tutdular. İçəri daxil olar-olmaz Quliyeva soyadlı həkim özünün piştaxtın qiymətlərini açıq şəkildə bildirmişdir. Hətta müayinə aparmadan psixotrop dərmanlardan resept yazaraq özünə çatan məbləği demişdir. Hətta, sən demə burda vətəndaşın anonimliyinin qorunmasının da ayrıca qiyməti varmış.
Korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Ölkə başçısı, cənab Prezident dəfələrlə çıxışlarında qeyd etmişdir ki, korrupsiya və rüşvətxorluqla məşğul olan hər bir dövlət məmuru və yaxud dövlət xidmətçisi cəzalandırılmalıdır. Amma, təəssüflər olsun ki, Bakı Şəhər Narkoloji Dispanserində hələ də bu cür neqativ hallara yol verilir. Görəsən Narkoloji Dispanserin rəhbəri bu qürumda işləyən həkim personajını niyə cəzalandırmır?, bəlkə də buna şərait yaradan şəxslərdən biri də rəhbər işçilərdir.
Aidiyyatı qürumlara çatdırmaq istəyirik ki, biz peşə vəzifəmizi yerinə yetirərək sizi məlumatlandırırq. Vətəndaşlar adından sizdən xahişimiz budur ki, bu cür halların qarşısı alınsın.
Bakı Şəhər Narkoloji Dispanserin haqqında daha şok faktları bu yaxınlarda sizə təqdim edəcəyik. Bizi izləyin...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xeberim.info

Bakı Şəhər Narkoloji Dispanserində açıq bazar alveri?...-İDDİA
Bakı Şəhər Narkoloji Dispanserində açıq bazar alveri?...-İDDİA
Bakı Şəhər Narkoloji Dispanserində açıq bazar alveri?...-İDDİA
Bakı Şəhər Narkoloji Dispanserində açıq bazar alveri?...-İDDİA
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli