Gündəm, Cəmiyyət, Kriminal, Ölkə, Sosial
28 iyul 2022
1814
Səbinə adlı şəxs özünü həkim-kosmetoloq kimi göstərib, amma insanları aldatmaqla məşğuldur? - İDDİA
Redaksiyamıza daxil olan məlumata əsasən social şəbəkələrdə Səbinə adlı şəxs kosmetoloji prosedur dərslərini keçirilməsini və kursu bitirəndən sonar diplom və sertifikatla təmin olunmağını bildirmişdir. Səbinə xanım Şikayətçiyə bildirib ki, hal-hazırda keçirilən kampaniyadan yararlanmağa dəvət edirik: kursun qiyməti 1500 manatdır, amma siz 1300 manat ödəyin. Səbinə adlı qadın şirin dilini elə işə saldı, elə danışdı, elə vədlər verdi, dedim yəqin həqiqətən də dövlət qeydiyyatından keçmiş tədris mərkəzidir. 1300 manat pulu göndərdiyi karta e-manat vasitəsilə ödəniş etdim. Sən demə Səbinə xanım bu cür yollarla insanları aldadıb pul məniməsəməklə məşğul olurmuş.
O qədər psixoloji təcavüz edirlər ki, özünü həkim adlandıran şəxsin (doğrusu həkim olub-olmadıqları da sual altındadır) istər-istəməz insanı hipnoz edirlər. Əlbəttə, hər bir insan sənət öyrənib, işləyib dolanmaq üçün arzuları olur. Lakin şikayətçi deyir ki, məni elə aldatdılar ki, yaşamağa belə həvəsim qalmayıb.
Şikayətçi Səbinə adlı qadına pulunun qaytarılmasını tələb etdikdə, o isə cavab vermişdir ki, mən heç kimdən qorxmuram get hara istəyirsən şikayət et.
Guya xəstəyə baxım etdikləri aparatların hər birində müayinə 200 manat təşkil edir.
Ata-babadan söz var: havayı pendir ancaq tələdə olur. Səni durmadan öz ayağına çağırıb, müştəri yığan Səbinə adlı qadın elə bircə bu əməli şübhələnməyə əsas verir.
Bu qadın hər kimdirsə, tez-tez ad və ünvan dəyişməklə iz itirir. Görəsən bu qadın kimə güvənir?
Araşdırmalarımızdan məlum oldu ki, bu qadın şəbəkə dələduzluqla məşğuldur. Bir sözlə, ölkədə bu cür hallar tez-tez baş verdiyindən hüquq-mühafizə orqanlarına bildiririk ki, vətəndaşlarla internet portalları və yaxud televiziya kanallarından maarifləndirmə işləri aparıb, dələduzları ifşa edib onların barəsində ciddi tədbirlər görsünlər.
Bax belə. Siz siz olun, əlaqədar qurumlar bu fırıldaqçıların əməllərinə qiymət verib qarşısını alana qədər tora düşməyin. Sənət sahibi olmaq hər kəsin arzusudur. Bu qarşısıalınmaz duyğudan istifadə edib cibinizin istismar olunmasına imkan verməyin. Üz tutduğunuz müəssisələrin xidmətlərindən istifadə etməzdən öncə ən azından sosial şəbəkələrdəki rəylərdən, onlar haqqında bildirilmiş fikirlərdən yararlanın. Hərçənd, belə adamlar trollar vasitəsilə özləri haqqında yaxşı rəylər yazmağı da bilirlər.
P.S. Şikayətçinin redaksiyamıza göndərdiyi materiallarla size tanış edirik. Bu qadın haqqında daha şok faktlarla size tanış edəcəyik. Bizi izləyin
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xeberim.info
Daha çox xəbər:
Kişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
KriminalKişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
KriminalSəbinə Əliyevanın Ramiz Mehdiyevin nəvəsinin toyuna geyindiyi libasın qiymə ...
Gündəm, Cəmiyyət, VideoPolis pizza sifarişi ilə şikayət edən qadını belə xilas ETDİ
KriminalKürdəmirdə kişi qadını traktora bağlayıb yandırdı — VİDEO (18+)
Kriminal