Gündəm, Cəmiyyət, Sosial
01 oktyabr 2022
1232

Gömrükdə "köhnə problemlər" davam edir - Sahibkar prezidentə müraciət etdi - VİDEO

Gömrükdə "köhnə problemlər" davam edir - Sahibkar prezidentə müraciət etdi - VİDEO
İki yük dolu maşını Mazımçay Gömrük Postunda qalan sahibkar İlyas Qocamanovun səlahiyyətli nümayəndəsi Ayaz Qocamanov mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırova videomüraciət edib.

Sahibkar İlyas Qocamanovun səlahiyyətli nümayəndəki Bizimxeber.az-a ünvanladığı videomüraciətdə bildirir ki, şirkətlər və onlara məxsus anbarlar Sumqayıt qeydiyyatındadır.

Qanunun tələblərinə, həmçinin sahibkarların rahat fəaliyyətinin tənzimlənməsi üçün yüklər şirkətin qeydiyyatda olan ünvanlarında rəsmiləşdirilməlidir. Amma Mazımçay Gömrük Postunda yüklərin təyinat yeri Bakı şəhərinə dəyişidrlib.


Gömrükdə "köhnə problemlər" davam edir - Sahibkar prezidentə müraciət etdi - VİDEO
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli