Hadisə
25 iyul 2020
349
Xızıda 150 hektar ərazi yandı
![Xızıda 150 hektar ərazi yandı Xızıda 150 hektar ərazi yandı](https://olke.az/uploads/1595624373/efgvrüsdüd.jpg)
Xızı rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sitalçay kəndi yaxınlığında dağlıq ərazidə 150 hektar sahədə quru ot və kol-kos yanıb.
Digər ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.oxu.az
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)