Hadisə
27 iyul 2020
336
Azərbaycanda karantin rejimi qaydalarını pozan vəkil həbs edildi — FOTO
Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.
APA-nın məlumatına görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Xətai Rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov bir ay müddətinə inzibati qaydada həbs edilib.
Qərardan narazı qalan vəkil apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Daha çox xəbər:
Bakıdan sərnişin daşımaq üçün bu yola əl atdı - Fotolar
HadisəAzərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarla ...
ÖlkəKarantin qaydalarını pozan 983 nəfər cərimələnib
ÖlkəSərnişinlərdən pul alıb rayona aparanlar həbs edildi
KriminalPolisə zibil atan şəxslərlə bağlı qərar verildi
Kriminal