Hadisə
06 avqust 2020
383
Biləsuvarda nişan mərasimi keçirənlər cərimələndi
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər.
Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Rayon Polis Şöbəsinə dəvət edilib. Şöbədə və onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Hər birinin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Daha çox xəbər:
Ziyarətgaha gedənlər cərimələndi
HadisəAzərbaycanda sərt karantinə rəğmən gizli fəaliyyət göstərən çayxana aşkarla ...
ÖlkəKarantin rejimini pozub 20 nəfərlik məclis qurdu - Fotolar
KriminalAstarada toy mərasimi dayandırıldı, bəy polis şöbəsinə aparıldı — FOTO
KriminalXaçmazda xüsusi karantin rejiminin ilk günündə toyu olan bəy və qonaqları t ...
Ölkə