Hadisə
03 sentyabr 2020
346
“BakuBus”ın sürücüsü sərnişinləri təhqir etdi — VİDEO

Bu gün səhər saatlarında Mərkəzi Bankın yaxınlığındakı dayanacaqda 2 saylı “BakuBus” avtobusunun sürücüsü sərnişinləri təhqir edib.
Bu barədə hadisə şahidi Nadir Axundov Baku.ws-ə məlumat verib.
Paytaxt sakini bildirib ki, mübahisə sürücünün dayanacaqda dayanmasına baxmayaraq, qapını açmaması səbəbindən yaranıb:
“Sərnişinlər buna etiraz etdikdə, sürücü onları təhqir edib. Bununla kifayətlənməyən sürücü avtobusdan aşağı düşərək əl-qol hərəkətləri ilə qadınla uca səslə danışmağa başlayıb. Digər sərnişinlər məsələyə müdaxilə etdikdə isə sürücü onları da təhqir edib. Sürücü sonradan qabaqdangəlmişlik edib, dispetçerlə əlaqə saxlayıb. Sürücü sərnişinlər tərəfindən söyüldüyünü deyib”.
Hadisənin görüntülərini təqdim edirik:

Daha çox xəbər:

Bakıda sərnişin avtobusu yandı — FOTO
Hadisə
Məktəb direktorunun məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı — ...
Cəmiyyət
Bakıda taksi sürücüsü müştərini baltalamaq istədi — ANBAAN VİDEO
Video, Hadisə
Bakıya sərnişin daşıyan sürücü sərt cəzalandırıldı — FOTO
Kriminal
ŞOK GÖRÜNTÜLƏR! Bakıda avtobus sürücüsü qadınları TƏHQİR ETDİ — VİDEO
Kriminal