Hadisə
07 sentyabr 2020
313
Gecə cəbhədə nə baş verib? — Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən Azərbaycan mövqelərini atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Daha çox xəbər:

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Hadisə
Müdafiə Nazirliyi gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı
Hadisə
Ermənilər Tovuz və Naxçıvanı atəşə tutdu — İriçaplı pulemyotlar və snayper ...
Hadisə
Cəbhədə atəşkəs yenidən pozuldu — Snayper tüfəngləri işə düşdü
Hadisə
Müdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaydı
Kriminal