Hadisə
28 sentyabr 2020
327
Ermənilərin öldürdüyü ailənin iki məktəblisi... - Foto
Təhsil Nazirliyi həlak olan məktəblilərlə bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub.
"Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.
Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.
Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.
Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!"
Daha çox xəbər:
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu - Ölənlər və yaralananlar var
KriminalTərtərə düşmən hücumu: Bir nəfər həlak oldu, üç nəfər yaralandı - RƏSMİ
HadisəSerbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
SiyasətEvlərin atəşə tutulması ilə bağlı cinayət işi başlandı
KriminalErmənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi açıldı ...
Siyasət