Hadisə
02 oktyabr 2020
258
Artıq düşmən cəbhəyə qadınlarını göndərir
Əldə olunan məlumata əsasən, son günlər davam edən şiddətli döyüşlər nəticəsində xeyli itki verən düşmən ciddi şəkildə şəxsi heyət çatışmazlığı ilə üzləşir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:
“Buna səbəb çoxlu sayda itkilərlə yanaşı Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsidir.
İtkilərinin günü-gündən artması və ehtiyat qüvvələrinin az olması Ermənistan müdafiə nazirliyini ölkə qadınlarına müraciət etməyə vadar edib. Ermənistan müdafiə nazirliyi tərəfindən artıq qadın batalyonu yaradılıb və hazırda komplektləşdirilir.”
Daha çox xəbər:
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
HadisəSON DƏQİQƏ: Ermənistan ordusunun alayı darmadağın edildi - RƏSMİ
HadisəMüdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib
Hadisə“Düşmən ərazisində heç bir ölən hərbi qulluqçumuz yoxdur”
Ölkə"Hazırda ön xətdə şiddətli döyüşlər gedir" — Müdafiə Nazirliyi
Cəmiyyət