Hadisə
16 oktyabr 2020
335
Ermənilər səhər saatlarında Tərtərə 250-yə yaxın top mərmisi atıb

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Goranboy, Ağdam və Ağcabədi rayonları ilə yanaşı, Tərtər rayonunun ərazisini də atəşə tutmaqda davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 16-sı səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə ümumilikdə 250-yə yaxın top mərmisi atıb. Nəticədə mülki evlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Daha çox xəbər:

Tərtərdə dəfn zamanı düşmən qəbiristanlığa mərmi atıb, üç mülki şəxs ölüb, ...
Kriminal
Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs öldü
Kriminal
Ermənilər Ağdama yenə mərmi atıb, 2 mülki şəxs yaralanıb
Kriminal
Düşmən ötən gün Tərtərə 400-ə yaxın mərmi atıb, 8 ev tamamilə dağılıb
Kriminal
Düşmənin atdığı top mərmisi Tərtərdə yaşayış evinə düşdü
Kriminal