Hadisə
21 oktyabr 2020
283
MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb
Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.
Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.
Daha çox xəbər:
Ermənilərin döyüşdən imtina edən alay komandiri işdən qovuldu: İşğalçılara ...
KriminalErmənilərin yüksək rütbəli zabitləri məhv edildi: Düşmən mövqelərini qoyub ...
KriminalDüşmən taborunun qərargah rəisi, xeyli canlı qüvvəsi məhv edilib
KriminalMN: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib
KriminalDüşmənin alayın tabor komandiri, xeyli canlı qüvvəsi məhv edilib
Hadisə