Hadisə
09 noyabr 2020
365
Erməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!

Özünü qondarma “Dağlıq Qarabağ respublikasının“ prezidenti kimi təqdim edən Araik Arutyunyanın feysbuk hesabından edilən paylaşımda Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi etiraf olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin hesabdan edilən paylaşımda qeyd edilib ki, guya qondarma "prezident" Xankəndidəki əsgərləri ziyarət edib. Bildirilib ki, artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum atəşləri edir. Bununla da Araik Arutyunyanın adından idarə edilən səhifədə ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan edilib.
Paylaşımda daha sonra bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.
Bununla da "saxta prezident"in səhifəsində eyni zamanda Ermənistan ordusunun darmadağın edildiyi və döyüşmək üçün canlı qüvvə baxımından çatışmazlıq yarandığı da etiraf edilib. Düşmən tərəfi Xankəndinin işğalda saxlanılması üçün 80 yaşlı veteranların ümidinə qalıb.

Daha çox xəbər:

Hikmət Hacıyev Şuşanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi - FOT ...
Siyasət
Peqovun daha bir yalanı ifşa olundu
Hadisə
Azərbaycan ordusunun işğaldan azad etdiyi 185 məntəqə interaktiv xəritədə - ...
Cəmiyyət
Qarabağa döyüşməyə gələn erməni iş adamı məhv edilib
Hadisə
Düşməndən etiraf: Azərbaycan Ordusu daha 40 erməni işğalçısını məhv etdi
Kriminal