Hadisə
30 noyabr 2020
295
Bakıda dəhşətli yol qəzası - Tibb Universitetinin üç tələbəsi ölüb, biri xəsarət alıb

Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
Ölkə.Az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
"Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.
Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar", - ATU-dan bildirilib.

Daha çox xəbər:

İzmir zəlzələsinin qurbanı olan tibb işçiləri - FOTO
Ölkə
Lənkəranda ağır yol qəzası - 1 ölü, 4 yaralı
Hadisə
Rusiyada təyyarə qəzası — Ölən və ağır xəsarət alan var
Dünya
Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
Cəmiyyət
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında — ...
Gündəm, Siyasət