Hadisə
29 dekabr 2020
323
Koronavirusdan ölən jurnalistlərimiz...
2020-ci il başa vururuq. Bu il koronavirusdan ölüm hallarının baş verməsilə yadda qalacaq. Dünyada ümumi koronavirusa yoluxma sayı artıq 80 milyonu ötüb.
Azərbaycanda da təəssüf ki, bu rəqəm az deyil.
Koronavirusdan həyatını dəyişənlər arasında jurnalistlərimiz də var.
İyulun 1-də AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə 1 saylı Klinik Tibbi Mərkəzdə koronavirusdan dünyasını dəyişib.
15 iyun 2020-də daha bir ölüm baş verib. Tanınmış foto-jurnalist Fərman Bağırov da koronavirusa görə vəfat edib. O, uzun illər "Azərbaycan” qəzetində çalışmışdı.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev 3 iyulda koronavirusdan ölüb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu koronavirusdan 28 iyul tarixində vəfat edib. O, "Yeni Klinika”nın Reanimasiya şöbəsində müalicə olunurdu.
Tanınmış jurnalist, "AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov koronavirus xəstəliyinə yoluxaraq, vəfat edib. Əslən Füzuli rayonundan olan Rəşad Süleymanov hərbi jurnalist kimi tanınırdı. /modern.az
Daha çox xəbər:
Dünyada 500 jurnalist koronavirusdan ölüb
DünyaƏmrah Fəqanoğlu koronavirusdan vəfat etdi
HadisəAzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişdi
Ölkə“Qızdırması düşmüşdü, KT-də bu diaqnoz çıxdı” — Koronavirusdan vəfat edən E ...
ÖlkəAzTV-nin baş redaktoru koronavirusdan vəfat etdi — FOTO
Kriminal