Hadisə
11 yanvar 2021
269
Astarada güclü yanğın başlayıb

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonunun Alaşa kəndi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, 15 hektar sahədə quru ot və kol-kos yanır. Yanğının çətin keçilən mürəkkəb relyefli qayalıq ərazidə olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Yanğınsöndürmə işlərinin sürətləndirilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən əlavə qüvvələr cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğının söndürülməsində iştirak edir.
Əlavə məlumat veriləcək.

Daha çox xəbər:

SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın başlayıb
Hadisə
Azərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI — SON ...
Hadisə
Sumqayıtda zavodda yanır — SON DƏQİQƏ
Hadisə.jpg)
Abşeronda yanğının söndürülməsinə helikopterlər cəlb edildi — YENİLƏNİB + V ...
Kriminal
Bakıda güclü YANĞIN BAŞLADI — SON DƏQİQƏ!
Gündəm, Kriminal