Hadisə
26 yanvar 2021
988
Ağacları kəsən şəxslər cəzalandırılacaq

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mərkəzin Zarağan meşəbəyliyinin 4 saylı dolayında ağacların kəsildiyi aşkar edilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov "Ölkə.Az"a bildirib ki, araşdırma zamanı ərazidə 11 ağacın kəsildiyi və təbiətə 1675 manat məbləğində ziyan dəydiyi məlum olub.
O qeyd edib ki, faktla bağlı akt tərtib olunub: "Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Qəbələ rayon Polis Şöbəsinə göndərilib".

Daha çox xəbər:

Karantinə rəğmən çayxana işlətmək baha başa gəldi
Kriminal
Astarada polis maska taxmayanlara qarşı reyd keçirib
Bölgə
Təbiətə vurulan 60 minlik ziyana görə cinayət işi başlandı
Cəmiyyət
Oğuza istirahətə gedənlər cərimələndi
Hadisə
Bakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
Kriminal