Hadisə
17 fevral 2021
999
Ana körpəni vəhşicəsinə döyüb xəstəxanalıq etdi - VİDEO

Rusiyada qadının serebral iflicdən əziyyət çəkən uşağı vəhşicəsinə döyməsinin görüntüləri yayılıb.
REN TV-nin məlumatına görə, hadisə Krasnoyarsk diyarında baş verib.
Videoda qadının söyüş söyərək uşağı döydüyü və qolunu sındıracağı ilə hədələdiyi görünür. Həmçinin uşağı zorla butulkadan içməyə məcbur edir.
Kadrlar sosial şəbəkədə şok effekti yaradıb. İstifadəçilər qadının analıq hüququndan məhrum edilməsini tələb ediblər.
Nəşrin məlumatına görə, uşağın anası Yekaterina F. bundan əvvəl böyük qızına görə valideynlik hüququndan məhrum edilmişdi. Onun kiçik övladı isə ağır travmalarla xəstəxanaya yerləşdirilib.
Məlumata görə, o, bir yerdə yaşadığı kişi ilə içki məclisləri düzəldir və uşaqları ac saxlayırdı.

Daha çox xəbər:

Azərbaycan əsgərləri ermənilərin atdığı uşağı xilas etdilər - VİDEO
Maraqlı
Yanmış evdə 4 uşağı ilə yaşayan ana kömək istəyir - VİDEO
Cəmiyyət
Kişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
Kriminal
Kişi boşandığı qadını döydü — Qadın özünü binadan atdı
Kriminal
Bakıda altı yaşlı uşağı avtomobil vurdu
Hadisə