Hadisə
18 fevral 2021
281
Bank kartınızdan oğurluq edə bilərlər - İndi də bu üsula əl atırlar - FOTO
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından suistifadə etməklə hədəflərinə "Whatsapp@ vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.
Bu barədə “Ölkə.Az”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
“Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.
//www.facebook.com/cert.gov.az/posts/1702423473269491
Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.
Daha çox xəbər:
Hadrutda Poçt Agentliyi fəaliyyətə başladı
Ölkə"Azərpoçt" işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açı ...
ÖlkəRayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ ...
CəmiyyətNazirlikdən daha bir erməni təxribatı ilə bağlı XƏBƏRDARLIQ
HadisəNazirlik düşmənin daha bir təxribatını ifşa etdi - AUDİO
Dünya