Hadisə
10 mart 2021
972
Rus hərbçilər Tavuşda: Azərbaycanla sərhəd müəyyən edilir? - Erməni deputatlar təcili bölgəyə getdi
Ermənistanın Tavuş rayonunda Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparıldığına dair məlumat yayılıb.
Cebhe.info xəbər verir ki, erməni mətbuatı bu barədə yazadıqdan sonra "Çiçəklənən Ermənistan" partiyasından olan deputatlar - Sarkis Aleksanyan və Anna Kostanyan təcili bölgəyə gediblər.
Səfərin nəticəsi barədə sosial şəbəkə hesabında yazan Sarkis Aleksanyan bildirib ki, bölgədə heç bir demarkasiya işi aparılmır: "Biz əmin olduq ki, orada heç bir iş aparılmır. Olduğumuz 4 kənddə heç bir işin şahidi olmadıq".
Xatırladaq ki, əvvəl yayılan məlumatlarda "Rusiya sülhməramlılarının 500 metr məsafəsində azərbaycanlılar artıq iki gündür ki, sərhədlərin müəyyən edilməsi işini aparır",- deyə vurğulanmışdı.
Ancaq maraqlıdır ki, deputat əraziyə Rusiya hərbçilərinin gətirildiyini etiraf edir. Ancaq onların nə məqsədlə gəldiyi barədə məlumatlar fərqlidir.
Bu məlumat rəsmi və qeyri-rəsmi mənbələrdə fərqli təqdim olunsa da, bu ərazidə sərhədlərin müəyyən edilməsi barədə rəsmi heç nə deyilmir.
Daha çox xəbər:
Ermənistan Xocavəndin kəndlərində itkin düşən hərbçilərinin sayını açıqladı
HadisəAzərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiya işləri aparı ...
SiyasətAzərbaycanlı hərbçilər erməni kəşfiyyatçını tutduqlarına görə cəzalandırılı ...
HadisəBu həftəsonu 3 gün küçəyə çıxmaq qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəmiyyət6 azərbaycanlı koronavirusdan öldü — RƏSMİ
Kriminal