Hadisə
11 mart 2021
267
Sabah qar yağacaq, çovğun olacaq - NÖVBƏTİ XƏBƏRDARLIQ
![Sabah qar yağacaq, çovğun olacaq - NÖVBƏTİ XƏBƏRDARLIQ Sabah qar yağacaq, çovğun olacaq - NÖVBƏTİ XƏBƏRDARLIQ](https://olke.az/photo/770x415/2021/03/11/1615454004_covgun.jpg)
Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 11-də arabir yağan yağışın martın 12-də sulu qara, gündüz qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enərək martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.
Azərbaycanın rayonlarında martın 11-i gündüz şimal və qərb rayonlarından başlayaraq 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 11-də 15-20 m/s, martın12-də arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Sabahdan Bakıda və bölgələrdə intensiv qar yağacaq – XƏBƏRDARLIQ](https://olke.az/photo/770x415/2021/03/11/1615440974_qar.jpg)
Sabahdan Bakıda və bölgələrdə intensiv qar yağacaq – XƏBƏRDARLIQ
Hadisə![Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ](https://olke.az/photo/770x415/2021/01/18/1610957401_qarlihavada.jpg)
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Hadisə![Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq](https://olke.az/photo/770x415/2021/01/16/1610788204_qar.jpg)
Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Hadisə![Sabahdan havanın temperaturu düşəcək](https://olke.az/photo/770x415/2020/12/21/1608543225_09a9ece5-e566-3e97-9716-8f5d3430d852_850.jpg)
Sabahdan havanın temperaturu düşəcək
Hadisə![Bakıda güclü külək, rayonlarda leysan olacaq - Xəbərdarlıq](https://olke.az/photo/770x415/2020/10/19/1603098928_payiz.jpg)
Bakıda güclü külək, rayonlarda leysan olacaq - Xəbərdarlıq
Hadisə