Hadisə
27 avqust 2021
994
Ermənilər Tovuz istiqamətində TƏXRİBAT TÖRƏTDİ

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 22:20-də Şəmşəddin rayonunun Çinarlı kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Daha çox xəbər:

Cəbhədə gərginlik — Düşmən iriçaplı pulemyotlardan istifadə edir
Kriminal
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Kriminal
Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi — RƏSMİ
Kriminal
Ermənilər yenidən Tovuzun iki kəndini atəşə tutub — Cəbhədə gərginlik
Kriminal
Cəbhədə son durum
Kriminal