Hadisə
27 avqust 2021
1000
DYP dövlət agentliyini CƏRİMƏLƏDİ

Dövlət Yol Polisi (DYP) Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyini cərimələyib.
Unikal.org məlumatına görə, tərtib edilən protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Daha çox xəbər:

Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda maskaya görə cərimələr yenidən artırılır
Sosial
Astarada polis maska taxmayanlara qarşı reyd keçirib
Bölgə
SON DƏQİQƏ! Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
Gündəm, Siyasət
Karantin cərimələri artırıldı - Yenilənib
Siyasət
Maska taxılması tələb olunan yerlərin — SİYAHISI
Gündəm