Hadisə
28 avqust 2021
972
Sabaha olan hava proqnozu açıqlanıb
![Sabaha olan hava proqnozu açıqlanıb Sabaha olan hava proqnozu açıqlanıb](https://olke.az/photo/770x415/2021/08/28/1630137051_1563871713hava.jpg)
Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)