Hadisə
27 yanvar 2021
1028
Qobustanda dəm qazından bir ailənin altı üzvü zəhərlənib - YENİLƏNİB
Ötən gün dəm qazından zəhərlənənlərin həyati təhlükəsi yoxdur.
Bu barədə Oxu.Az-a Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn məlumat verib.
Bildirib ki, zəhərlənmə ilə xəstəxanaya gətirilən şəxslər hazırda evdədirlər:
“Ambulator xidmət göstərilib. Vəziyyətləri kafidir, həyatları üçün heç bir təhlükə yoxdur. Vaxtında tədbir görülüb”.
***
Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə bir ailənin altı üzvü dəm qazından zəhərlənib.
Qobustan rayon sakinləri Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, ailə həkim Kəmalə Hüseynova tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb:
"Dünən dəm qazından zəhərlənmə ilə 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu xəstəxanaya müraciət edib. Kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərlənən ailə üzvləri ilkin müayinədən sonra evə buraxılıblar.
Bu gün ailə ilə əlaqə saxlanılıb. Heç bir problem yoxdur, vəziyyətləri yaxşıdır"
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər:
Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində həlak olan ailə üzvləri ...
BölgəAzərbaycanda evə basqın edildi — YARALILAR VAR
KriminalQobustanda icra başçısı tərəfindən tənqid olunmuş Mərziyə xanımla bağlı yaz ...
BölgəQobustandakı qətllə bağlı — AÇIQLAMA
KriminalBalakəndə ağır qəza — 2 ölü, 2 yaralı
Kriminal