Hadisə
09 mart 2021
1037
Vətən müharibəsi şəhidi dəfn edildi - FOTO

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən şəhid hərbi qulluqçusu Cəfərov Babək Məxsus oğlu dəfn edilib.
Report məlumatına görə, o, Samux rayonunun Qarayeri qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Samux rayon Əlikənd kənd sakini, 1991-ci il təvəllüdlü B.Cəfərov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq komaya düşüb. O, martın 8-də müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.
Şəhidin 2 övladı Vətənə əmanət qalıb.
Allah rəhmət eləsin!


Daha çox xəbər:

DAŞKƏSƏNDƏ ŞƏHİD NOVRUZ HAXVERDİYEV SON MƏNZİLƏ YOLA SALINIB
Bölgə
İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi
Hadisə
Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə q ...
Cəmiyyət
18 yaşlı qəhrəmanımızın anası: “Həmişə şəhid olacağını deyirdi, arzusuna da ...
Gündəm, Cəmiyyət
Biləsuvarda şəhid dəfn edildi - FOTO
Ölkə