Hadisə
12 mart 2021
1012
DİN fəalların şəxsi yazışmalarının yayılmasını araşdırır
Beynəlxalq Qadınlar Günündə Bakıda bir qrup aktivist qadının “8 Marş - Haqlarımız uğrunda” yürüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Aksiyadan 1 gün sonra fəallardan biri Nərmin Şahmarzadənin yaxın çevrəsinə daxil olan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev və digər aktivistlərlə mesajlaşmaları yayıldı. Həmin şəxsi yazışmalardakı psixoloji olaraq çətin vəziyyətdə olan yeniyetmə qadınlarla bağlı müzakirələr və şəxslər arasındakı intim söhbətlər də açıq formada paylaşıldı.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, tərəflər bunu montaj adlandıraraq hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.
DİN Mətbuat xidmətindən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib: “Müraciət aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırmalar davam etdirilir”.
Daha çox xəbər:
DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib
CəmiyyətÇayxanaya gedən şəxslər polis şöbəsinə gətirildi - Foto
HadisəHikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə ...
SiyasətBaş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə - Müraciət
SosialBakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı - Açıqlama
Cəmiyyət