Hadisə
21 sentyabr 2020
1086
Dörd yaşlı Mələyin sizin köməyinizə ehtiyacı var - FOTO
Dörd yaşlı Mələk balanın sizin köməyinizə ehtiyacı var.
Mayın 28-i balaca Mələyə leykoz (qan xərçəngi) diaqnozu qoyulub. Artıq dörd aydır ailəsi balaca qızın sağlamlığına qovuşması üçün mübarizə aparır.
2016-cı il təvəllüdlü Həşimli Mələk Fədai qızı əvvəlcə Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alıb. Hazırda isə müalicəsini Türkiyənin İzmir şəhərində yerləşən “9 Eylül” xəstəxanasında davam etdirir.
Balaca Mələyin atası qızının sağlamlığına qovuşması üçün kömək istəyir:
“Mərhəmətli və imkanlı şəxslərdən bu məsələyə biganə yanaşmamasını xahiş edirəm. Bilirəm, bu dövrdə çox adamın maddi durumu yaxşı deyil. Amma hər kəsdən bir manat Mələk üçün çox böyük köməkdir. Öz gücümüzə 18 000 dollar tapıb övladımı Türkiyəyə gətirdim. İki ay ərzində kart hesabına 10 000 manata yaxın pul toplanıb. Allah hər kəsdən razı olsun. Amma hamıdan Mələyi bu çətin mübarizədə tək qoymamalarını rica edirəm. Azərbaycan xalqına çox güvənirəm”.
4 yaşlı Mələk balaya yardım etmək istəyənlər üçün ardıcıllıq:
1) Ödəmə terminallarında “Bank xidmətləri” bölməsini seçib:
2) ”Kapital bank”-ı seçib
3) ”Bank hesabının artırılması” – “Karta mədaxil” bölməsini seçib
4) 4169 7413 8501 2800 nömrəsini daxil edib və irəli düyməsini basın.
Həmçinin “Card to Card” (Kartdan-karta) vasitəsi ilə göndərə bilərsiniz.
Kart sahibi: Fədai Həşimov
Mələyin atasının əlaqə nömrəsi: Türkiyə nömrəsi: +905378358610. Azərbaycan nömrəsi (WhatsApp) :055 8464652
Daha çox xəbər:
Leykoz xəstəsi olan gəncin müalicəsi üçün 200000 lazımdır - AİLƏSİ EVİ SATI ...
Gündəm, Cəmiyyət, SosialŞəhid mayorun banka olan borcu SİLİNDİ
CəmiyyətBaku TV karantin qaydalarını pozan Mələk Heydərovanı işdən uzaqlaşdırdı
Şou biznesHovuzda dincələnlər arasında olan Mələk Heydərova üzr istədi — VİDEO
Şou biznesAzərbaycanda bank sədri həbs edilib — FOTO
Kriminal