Hadisə
30 yanvar 2021
1071
Rasim Məmmədov bu gün məhkəməyə çıxarılacaq
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla bağlı bu gün məhkəmə qərar verəcək.
Qafqazinfo verdiyi xəbərə görə, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
R. Məmmədovun yanvarın 28-i təxminən saat 17 radələrində saxlanıldığı bildirilir.
Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.
Daha çox xəbər:
Vüqar Səfərli apellyasiya şikayəti verib
Cəmiyyət“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çı ...
KriminalAğdama düşmən hücumu: Ata və oğlu həlak oldu - RƏSMİ
KriminalMilli Məclisə basqın edən dəstənin daha 5 üzvü həbs edildi — SON DƏQİQƏ!
KriminalMəhkəmə Milli Məclisin binasında ixtişaş törədənlərlə bağlı qərar verdi
Kriminal