Hadisə
27 iyul 2020
1055
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycamn Ordusunun mövqeləri atəşə tutulub.
Daha çox xəbər:
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
KriminalMüdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
KriminalMüdafiə Nazirliyi vəziyyətlə bağlı məlumat yaydı
KriminalMüdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
KriminalNazirlik cəbhə ilə bağlı məlumat yaydı
Kriminal