İdman
30 iyul 2020
353
Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək

Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.
Oxu.az verir ki, bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.
O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.
Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.
Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.
İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.

Daha çox xəbər:

Azərbaycanlılar ABŞ-dakı erməni səfirliyinin qarşısında etiraz edib
Dünya
Çində qadın bir dəqiqə ərzində 71 nəfəri koronavirusa yoluxdurdu
Dünya
"Azərbaycan polisi düz edib müdaxilə edib" — Prezident “Fairmont”dakı had ...
Gündəm, Siyasət
İki dəfə Azərbaycan ikincisi olmuş idmançı öz həmcinsi ilə evləndi — FOTO
Şou biznes
Azərbaycanda yas yerində 12 qadın koronavirusa yoluxub — VİDEO
Ölkə