İdman
29 oktyabr 2020
410
Ramil Quliyev Bərdədə törədilən terrora biganə qalmadı

Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə reaksiya verib.
Report məlumatına görə, 30 yaşlı idmançı bununla bağlı "Instagram"da paylaşım edib.
O, üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri yazılmış foto paylaşıb. O, həmçinin Qarabağa aid video yayımlayıb və "Qarabağ Azərbaycandır" yazıb.
Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə Avropa və dünya çempionudur.

Daha çox xəbər:

Amerikalı jurnalistlər Bərdədə Ermənistanın raket atəşinə tuş gəldilər - FO ...
Hadisə
Bərdə terrorunda yaralananlar hadisənin dəhşətlərindən danışdılar - VİDEO
Kriminal
Ramil Quliyev Gəncədə törədilən terrora biganə qalmadı
İdman
Avropa Xəbər Agentliyi Papanın Qarabağa təcavüz barədə fikirlərini dərc edi ...
Dünya
Ramil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”
İdman