İdman
12 noyabr 2020
1109
Ronaldu 102-ci qolu ilə azərbaycanlı futbolçunun rekorduna yaxınlaşdı

Futbol üzrə Portuqaliya milli komandası yoldaşlıq oyununda Andorra yığması ilə qarşılaşıb.
“Report” xəbər verir ki, “Eştadiu Da Luj” stadionunda keçirilən oyun Portuqaliya yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada qollardan birini komandanın kapitanı Kriştianu Ronaldu vurub.
Beləliklə, ulduz futbolçu Portuqaliya yığmasının heyətində artıq 102-ci dəfə fərqlənib.
Qeyd edək ki, Ronaldu İranın futbol yığmasının Azərbaycan əsilli keçmiş oyunçusu Əli Dayinin rekordunu qırmaq üçün milli komandanın heyətində daha 7 qola imza atmalıdır.

Daha çox xəbər:

Ronaldunun koronavirus testi növbəti dəfə müsbət oldu
İdman
FIFA yeniyetmə futbolçunun ölümü ilə əlaqədar başsağlığı verdi
İdman
Dünyanın ən çox qazanan futbolçusu açıqlandı — SİYAHI
İdman
Rusiyanın məşhur səhifəsi Firdovsi Umudovun görüntüsünü paylaşdı - Video
İdman
Ermənistanın ağlını başına yığmasının vaxtı çatıb — Türkiyə XİN-dən sərt AÇ ...
Siyasət