İdman
03 dekabr 2020
999
“Qarabağ” “Makkabi”yə qarşı
Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.
Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edəcək. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparacaq.
Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər görüşündə “Vilyarreal”la “Sivasspor” üz-üzə gələcək.
Avropa Liqası
İ qrupu
3 dekabr
21:55. “Qarabağ” - “Makkabi”
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.
Vilyarreal – 10, Makkabi – 7, Sivasspor – 6, Qarabağ – 0.