İdman
21 dekabr 2020
990
Liqa 1 matçından sonra faciə
Futbol üzrə Fransa çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Loryan” - "Renn" matçından sonra faciəvi hadisə baş verib.
"Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmanın ardından dünyasını dəyişib.
Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb. Dağıntılar altından çıxarılan zərərçəkənə həkimlər ilkin tibbi yardım göstəriblər. Lakin xəstəxanaya aparılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha çox xəbər:
"Qarabağ" - "Sivasspor" oyununda 1 dəqiqəlik sükut olacaq
İdmanİzmirdən daha bir möcüzə: 91 saat sonra xilas edilən 4 yaşlı uşaq - FOTO
Dünya65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möc ...
Dünya4 yaşlı uşaq qaynar süd qazanına düşərək öldü — Bakıda DƏHŞƏT
Hadisə"Trabzonspor" 23 il sonra bunu bacardı — Finala yüksəldi
İdman