İdman
21 yanvar 2021
1068
Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə açıqlamasına münasibət bildirib.
Oxu.az xəbər verir ki, H.Nurməhəmmədov bu barədə “Sport24” nəşrinə danışıb.
“Bu qədər məşğul olmuşam, neçə illərdir idmandayam. Bu idman növündə demək olar ki, hər şeyə nail olmuşam. Heç kimlə döyüşmək istəmirəm”, - deyə 32 yaşlı H.Nurməhəmmədov bilririb.
O əlavə edib ki, hazırda peşəkar idmana geri qayıtmaq üçün heç bir səbəb görmür. Üstəlik anasını məyus etmək istəmir.
“Həyatda yanımda olan ən dəyərli şəxs anamdır, gəlin, məni anamı məyus edəcək şeylər vadar etməyə məcbur etməyin”, - deyə karyerasına başa vuran dağıstanlı idmançı vurğulayıb.
Daha çox xəbər:

Makqreqor: “Nurməhəmmədov mənimlə döyüşdən qorxur”
İdman
Həbib Nurməhəmmədovdan Makrona sərt sözlər - FOTO
İdman
UFC prezidenti Həbib Nurməhəmmədovu ən böyük insan adlandırdı
İdman
Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlaşır — FOTO
İdman
Nurməhəmmədovun yeni döyüşünün posteri hazırlandı — FOTO
İdman