İdman
04 iyul 2020
1056
«Qara bazar» və Mxitaryan: azərbaycanlılara təhqir
Dövlət tərəfindən qanunsuz mərc oyunlarına qarşı ciddi mübarizə aparılmağına baxmayaraq müntəzəm olaraq Bakıda və regionlarda qanunsuz fəaliyyət göstərən oyun yerləri aşkarlanır.
"Qara bazar" iştirakçılarının qanunu pozması, dövlət büdcəsinə zərbə vurması məlum bir faktdır. Bununla birlikdə, onlar mənfəət əldə etmək üçün bütün mənəvi dəyərləri tapdalamağa hazırdırlar, bu isə tamamilə qəbuledilməzdir. Erməni futbolçu G. Mxitaryanın şəklini Azərbaycan oyunçuları üçün hazırlanmış reklam üzərində yerləşdirmək bütün mənəvi qaydalara tam etinasızlıq, hər bir azərbaycanlı üçün, həm də bütövlükdə Azərbaycan xalqı üçün birbaşa təhqirdir.
Bununla əlaqədar bir çox suallar yaranır: bu cür reklamın arxasında kim dayanır, hansı məqsəd güdülür və qanunsuz olaraq qazanılan pullar hara yönəldilir? Bəlkə qanunsuz oyunlardan qazanılan vəsait bilavasitə ermənilərin əlinə düşür? Axı erməni futbolçusunu tanıtmaq daha kimə maraqlı və sərfəlidir?
“Qara bazar”da dövr edən küllü miqdarda pullar büdcədən kənarda qalır. Bugünkü çətin vəziyyətdə dövlət büdcəsinin formalaşdırılması üçün ölkənin tam potensialının səfərbər olunması tələb olunur. Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı ümumi vəziyyəti da ağırlaşdırır. Çünki leqal mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Qeyri-qanuni saytlara üz tutan mərc gələnlər aldadılma riskinə məruz qalır. Bir çox hallarda fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.
Cəmiyyət bu kimi hadisələrə reaksiya verməyi və onlara münasibət bildirməyi öyrənməlidir. Belə qanunsuz təşkilatları boykot və tənqid etməklə bu kimi neqativ hallarla mübarizə apara bilərik.
Daha çox xəbər:
TƏBİB-dən 5 min manatlıq koronavirus dərmanı ilə bağlı – AÇIQLAMA
ÖlkəKorrupsiyaya qarşı Mübarizə İdarəsindən daha bir əməliyyat — Vəzifəli şəxs ...
KriminalQanunsuz fəaliyyət göstərən balıq sexi aşkarlanıb
CəmiyyətQaz xəttinə qanunsuz qoşulma 800 abonenti qazsız qoydu
KriminalParklanmalara görə heç kimə pul verməyin — Sürücülərin DİQQƏTİNƏ!
Cəmiyyət