İqtisadiyyat
02 sentyabr 2020
327
Avstraliya iqtisadiyyatında 29 ildən sonra ilk yaşandı
Avstraliya iqtisadiyyatı COVID-19 pandemiyası səbəbindən 29 ildən sonra ilk dəfə resessiya dövrünə girib.
Avstraliya Statistika İnstitutunun açıqlamasına görə, şirkətlərin bağlanmasına və minlərlə insanın işsiz qalmasına səbəb olan koronavirus, mövsümi olaraq tənzimlənmiş ÜDM-in ilin ikinci rübündə əvvəlki dövrə görə 7.0% azalmasına gətirib çıxarıb. Proqnozlaşdırılan göstərici isə 6 % olub.
İqtisadi kiçilmə illik bazada 6.3% -ə çatıb. Analitiklər proqnozlarında isə 5.2%-lik azalma gözlənilirdi.
“Qlobal pandemiya və bununla bağlı görülən tədbirlər ÜDM-də 7 %-lik azalmaya səbəb oldu. Bu, 1959-cu ildə qeydiyyatın başlamasından bu günə qədər qeydə alınmış ən böyük 3 aylıq geriləmədir”,- deyə Avstraliya Statistika İnstitutunun Baş İqtisadçısı Brus Hokman bildirib.
Qeyd edək ki, iqtisadçıların proqnozlarına görə, pandemiya Avstraliyada bu il 184 milyard dollarlıq büdcə kəsrinə səbəb olacaq.
Daha çox xəbər:
Ən sürətli 5G internetinə sahib ölkələrin siyahısı təqdim olunub
DünyaBakıda yoluxma faizi ilə bağlı yeni statistika açıqlandı
Cəmiyyət“Builki quraqlıq Aran rayonlarında su ehtiyatının azalmasına səbəb olacaq” ...
ÖlkəKoronavirusla bağlı son STATİSTİKA
Dünyaİngiltərə iqtisadiyyatı son 3 əsrin rekord geriləməsini yaşaya bilər
Dünya