İqtisadiyyat
03 sentyabr 2020
394
Gələn il üzrə məzənnə 1.7 manat səviyyəsində götürülüb
Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.
Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilir ki, makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.
Daha çox xəbər:
Gələnilki büdcədən koronavirusa görə 600 milyon ayrılacaq
İqtisadiyyatİnflyasiya 3,1 faiz olacaq
İqtisadiyyatRusiya 2021-ci ilə qədər ayda bir neçə milyon COVID-19 peyvəndi istehsal ed ...
Dünya“Manatın effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb”
Cəmiyyət"Bu ilin sonunadək çox cüzi bir resessiya olacaq" — Elman Rüstəmov
Cəmiyyət