İqtisadiyyat
17 sentyabr 2020
275
Qusarda doqquz subartezian quyusu qazılacaq — SƏRƏNCAM
Prezident İlham Əliyev Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Qusar rayonunun əhalisi 8999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Daha çox xəbər:
Əhalinin içməli suya tələbatının ödənilməsi üçün daha bir sərəncam
Gündəm, SiyasətPrezident “Azərsu”ya pul ayırdı
SiyasətPrezidentdən İsmayıllının su tələbatı ilə bağlı sərəncam
Gündəm, SiyasətPrezidentdən Biləsuvarın su təminatının yaxşılaşdırılması ilə bağlı SƏRƏNCA ...
Ölkəİlham Əliyevdən Ağstafa ilə bağlı SƏRƏNCAM
Gündəm, Ölkə