İqtisadiyyat
26 oktyabr 2020
365
Bakı-Quba-Rusiya avtomobil yolunda təmir-bərpa işləri davam etdirilir - FOTO
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülür və yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.
Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsinədək 5,5 km-lik ərazi asfaltlanıb. Ceyranbatandan VAZ dairəsi istiqamətində 3 km-lik ərazidə isə hazırda qazma-dolma işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yenidənqurma işlərinin aparıldığı ərazinin uzunluğu hazırda 9 km təşkil edir.
Bundan başqa magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər sökülərək, beton arakəsmələrlə əvəzlənəcək.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı Sumqayıtdan VAZ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tədbirlərinə sentyabrın 29-dan başlanılıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və təmir-tikinti aparılan ərazilərdə sıxlıq yaşanmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə ertmələri tövsiyyə olunur. Alternativ olaraq sürücülər Sumqayıt-Novxanı və Sumqayıt-Saray avtomobil yollarından istifadə edə bilərlər.
Daha çox xəbər:
Ağdamda 3 cəbhəyanı kəndin yolu yenidən qurulub
İqtisadiyyat, BölgəAgentlik sürücülərə müraciət etdi: “Alternativ yollardan istifadə edin”
Cəmiyyətİlham Əliyev Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı - SƏRƏNCAM
Gündəm, İqtisadiyyatBu gündən daha bir məhdudiyyət – Qərar qüvvəyə mindi
Sosial“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
Ölkə