İqtisadiyyat
12 noyabr 2020
269
Tarixi zəfərin daha bir xoş müjdəsi: Naxçıvana quru yolun açılmasının vacib faydası bilindi - RƏSMİ
“Naxçıvan Muxtar Respublikasına quru yolla birbaşa reyslərin açılması gediş-gəlişi iki-üç dəfəyə qədər artıra bilər”.
Bunu oxu.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
“Azərbaycan vətəndaşları İranın ərazisindən keçməklə Naxçıvana gedirdilər. Bu zaman onlar dörd dəfəyə yaxın gömrük yoxlanışından keçirdilər. Bu zaman onlar Naxçıvana 12 saata çatırdılar.
Bunun qarşısını almaq üçün Azərbaycan lokal təkliflər verirdi. Nəticədə, 2019-cu ildə gömrük yoxlanışları iki dəfəyə qədər azaldı və bu yol səkkiz saata kimi azaldıldı. Təsəvvür edin, Azərbaycaın öz ərazisindən Naxçıvana gediş-gəliş olarsa, bu müddət qat-qat aşağı olacaq”.
Qeyd edək ki, 2019-cü ildə Bakı-Naxçıvan avtobus reysləri ilə 41 min 379 sərnişin daşınıb.
Daha çox xəbər:
İctimai nəqliyyat bu saata kimi fəaliyyət göstərəcək – RƏSMİ
SosialRayonlara gediş-gəliş bərpa edilir? — RƏSMİ AÇIQLAMA
CəmiyyətSərnişinlərin regionlara gediş-gəlişi necə təşkil olunacaq? — RƏSMİ AÇIQLAM ...
Sosial“1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə a ...
SiyasətRayonlara getmək istəyənlərin DİQQƏTİNƏ — VİDEO
Cəmiyyət